Müsəlmanlar

Qumar məqsədi güdmədən oyun oynamaq

Sual: Hər hansı bir mənfəət ya da itki olmadan dörd nəfər dost-tanış birlikdə kafe, çayxana, ev və sairə kimi yerlərdə domino oynaya bilər? Bu qumar sayılır?

Cavab: Dostlar arasında sadəcə olaraq vaxt keçirmək üçün və ortaya pul qoyulmadan oynanan nərd və domino kimi oyunlar haram deyil, məkruhdur. Amma asudə vaxtları daha faydalı işlərlə qiymətləndirmək lazımdır. Bu məsələdə yüz ölçüb bir biçmək lazımdır. Çünki peyğəmbərimiz (s. a. v.) insanların boş vaxtlarını qiymətləndirmək məsələsində yanıldıqlarını bildirib.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.