Müsəlmanlar

Hər hansı bir heyvanla cinsi əlaqənin cəzası nədir?

Sual: Xüsusilə kənddə yaşayan uşaqların və yaşlı-başlı insanların bir qisminin heyvanlarla cinsi əlaqə qurduğunu eşidirik və görürük. Belə bir cinsi əlaqənin İslam dinindəki cəzası nədir?

Cavab: İnsanın heyvanla cinsi əlaqəsi, ümumiyyətlə uşaqlıq və yeniyetmə dövründə daha çox rast gəlinir. Əgər yaşlı-başlı böyük insanlar heyvanlarla cinsi əlaqə qurursa və ya onlarla özlərini rahatladırsa, artıq belə insanlar Allahın verdiyi insanlıq təbiətini pozmuş sayılır. Bunlara psixoloji xəstələr də deyə bilərik. Belə insanları cəzalandırmaqdan qabaq müalicə etmək və ya heyvanlardan uzaq tutmaq lazımdır.

İslam alimləri, heyvanlarla cinsi əlaqəyə girən insanların cəzası barədə müxtəlif fətvalar vermişlər. Bunlardan: “öldürülmək”, “sürgün edilmək”, “100 şallaq”- kimi cəzaları sadalaya bilərik.

Quran, istər kişilərin öz aralarında (Lutilik), istər qadınların birbirləriylə (Lezbiyənlik), istərsə də insanların heyvanlarla cinsi əlaqəsini “fəhşa” yəni, çirkin, pozğun əməllər adlandırmaqdadır.[1]

Nəticədə, bu cür pozğun əməllər, cinsi əlaqələr, zina növlərindən sayıldığı üçün və Quranda da zina edənlərin cəzası 100 şallaq olaraq təyin edildiyi üçün[2] biz də heyvanla cinsi əlaqədə olan bir insana 100 şallaq vurulması qənaətindəyik.

Buna bənzər sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6625.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: İsra, 17/32; Nəml, 27/54.

[2] Bax: Nur, 24/2.