Müsəlmanlar

Bəzi hallarda ibadətlərə qarşı istəksiz olmaq normaldırmı?

Sual: Sübh namazına çətin qalxıram. Ürəyimdən ibadət etmək gəlmir. Sırf “Allah rizası üçün”- deyə qalxıram. Bu halım münafiqliyimə əlamətdirsə, nə etməliyəm?

Cavab: Biz, ibadəti bizim xoşumuza gəlsin deyə etmirik. Sırf Allah əmr etdiyi üçün yerinə yetiririk. Xoşa gələn Allahın əmridir. Bu əmri xoş görməliyik. Məsələn, yeri gələndə savaşmaq da Allahın bir əmridir. Lakin, savaşa getmək kimin xoşuna gəlir ki?

Bəli, sübh namazına qalxmaq sizə çətin gələ bilər. Amma, müsəlmanlıq bir insanın öz nəfsinin arzularına qalib gəlib, Allahın əmrinə uymaqdır.

İbadət, zövq almaq üçün deyil, Allahın əmrlərini yerinə yetirmək üçündür. Ancaq bir insanın bundan zövq alması da onun təqvasının üstünlüyünü göstərir.

Buna bənzər sual-cavab üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6978.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.