Müsəlmanlar
Dini məsələlərdə məzhəbini, təriqətini istinad almanın hökmü nədir?

Dini məsələlərdə məzhəbini, təriqətini istinad almanın hökmü nədir?

Sual: Dini məsələlərdə məzhəbini, təriqətini istinad almanın hökmü nədir? “O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq…” (İsra, 17/71.) ayəsini, dini məsələlərdə öz məzhəbinə, təriqətinə istinad edənlərə şamil edə bilərikmi?

Cavab: Dini məsələlərdə bu qrumlara istinad edənlər iki cürdür: Bir qrup, zənn edir ki, bunlar İslama, Qurana və Allahın elçisinin yoluna uymaqdadırlar. Bu səbəblə onları təqib edir və bilmədiklərini onlardan soruşurlar. Allah, Quranda belə insanlara “ümmi”[1]-deyir. Bəqərə surəsi bu iki qrupdan belə bəhs edər:

“Onların arasında Kitabı bilməyən elə ümmilər vardır ki, onlar ancaq xülyalara (dalar) və ancaq zənnə uyarlar.” (Bəqərə, 2/78.)

Çünki bu ümmilər, elə zənn edirlər ki, müraciət etdikləri şəxslər Allahın kitabına uyurlar. Sonrakı ayədə isə ikinci qrupdan yəni, bu insanları azdıranlar barəsində belə buyurmaqdadır:

“Ancaq vay  o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: ‘Bu, Allah qatındandır!’– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!” (Bəqərə, 2/79.)

Yuxarıda sual olaraq qeyd etdiyiniz İsra surəsi 71-ci ayəsi də bu insanları kor koruna təqlid etməkdə inad edən və onların rəhbərləriyinə bağlı qalan şəxsləri xəbər verməkdədir.

Dini öyrənmənin üsulu barədə məlumat istəyənlər aşağıdakı videonu izləyə bilərlər:

https://www.youtube.com/watch?v=umwjr_cCOGo

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Ümmi, anasından doğduğu gibi kalmış, bir şey öğrenememiş kişidir. (Lisanul Ərəb, “Ümmi maddəsi”)