Müsəlmanlar

Tövbəmizin qəbul olunub olunmadığını hardan biləcəyik?

Sual: Tövbəmizin qəbul olunub olunmadığını hardan biləcəyik?

Cavab: Tövbəmizin qəbul edilməsini bizim bilməyimiz şərt deyildir. Onu yalnız Allah bilir.

Ənənədə bu barədə biabırçı tətbiqatlara rast gəlirik. Məsələn, özlərinə görə “mürtəd” elan etdikləri adamı, 3 gün həbs edirlər. Yanına biri hər gün gəlib, “tövbə et!” təlqinini edər. Tövbə edərsə, canı qurtalır. Əgər etməzsə, öldürülür hökmünü vermişlər. Axı bu şəxsin həqiqi tövbə etdiyini kim bilər? Onun qəlbini yarıb görürlərmi? Bu cür tətbiqatlarla  ancaq münafiq yetişdirmək olar.

Bir insanın tövbəsini qəbul edib etməmək səlahiyyəti yalnız Allaha aiddir. Bu ənənəçi din xadimləri özlərini Allah yerinə qoyub, dini məsələlərdə əhkam kəsirlər. Halbuki, Allah Quranda: “Dində məcburiyyət yoxdur. Haqq batildən ayrılmışdır.”- (Bəqərə, 2/256.) buyurmaqdadır.

Digər bir ayədə: “Əgər seçim Allahın olsaydı, yer üzündə hamı iman edərdi. (Ey Muhəmməd!) Sən onları inanmağa məcbur edəcəksənmi?” (Yunus, 10/99.)

Bu barədə ətraflı məlumat üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/tedqiqatlar/6057.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.