Müsəlmanlar

Camaatla bərabər dua etməyin dinimizdəki yeri nədir?

Sual: Allah Təala, Əraf surəsi 55-ci ayəsində: “Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir.”- dediyi halda, camaatla kütləvi halda dua etmək doğrudurmu?

Cavab: Dua, Allahdan istəməkdir. Bu səbəblə nəyi istədiyimizi başa düşməliyik. Başa düşmək üçün də ya ərəbcə bilməli ya da öz dilimizdə dua etməliyik. Ancaq hal-hazırda nə dua edən dediyini başa düşmür nə də amin deyənin nəyə amin dediyindən xəbəri yoxdur. Əlbəttə ki, biri dua edəndə istər başa düşün istərsə düşməyin, amin deməyinizdə bir problem yoxdur. Lakin bir insanın nə istədiyini və nəyə amin dediyini bilməsi daha yaxşı olar.

Dua barədə ətraflı məlumat üçün aşağıdakı linkə baxa bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/2520.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.