Müsəlmanlar

Qurban ətinin üçdə ikisini paylamaq şərtdimi?

Sual: Qurban ətini üç yerə ayırmaq və buna əsasən paylamaq şərtdirmi? Quranda bunun dəlili varmı?

Cavab: Qurbanını kəsən adam, kəsdiyi qurbanın ətindən özü yediyi kimi, baxmaqla mükəlləf olduğu ailəsinə yedirməlidir. Bununla yanaşı, bir qismini maddi vəziyyətlərinə baxmadan əqrabalarına və qonşularına, bir qismini də qurban kəsməyən və möhtac vəziyyətdə olan insanlara paylamalıdır. Bununla əlaqədar Allah Təala belə buyurur:

“Biz bədəncə yetişmiş heyvanları sizin üçün Allahın (dininin) ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. (Onları) səf-səf düzülmüş halda (kəsərkən) Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, həm verilənə qane olana həm də kasıblara yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz.” (Həcc, 22/36)

Məhz bu ayəyə görə qurban ətlərinin üç yerə ayrılması; bir bölümünün qurbanın sahibində qalması, bir bölümünün qohum-qonşuya, digər bir qisminin də kasıblara verilməsi uyğun görülmüşdür. Əgər qurban kəsən adamın ailəsi böyük və maddi vəziyyətləri ağır isə ətin bir qismini paylayıb, digər iki qismini özündə saxlaya bilər.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.