Müsəlmanlar

Həccə gedənlər qurbanlarını niyə Məkkədə kəsirlər?

Sual: Həccə gedənlər qurbanlarını həccdə kəsməlidirlər? Belə isə bunun səbəbi nədir?

Cavab: Allah Təala, İbrahim əleyhissəlama həcc ibadətini əmr edəndə belə deyir:

“İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun heyvanlar üstündə gəlsinlər.

Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin!” (Həcc, 22/27-28)

Elə bu ayəyə görə, həccə getmiş olanlar normal vaxtı yaşadıqları yerdə kəsmələri lazım olan qurbanı həcc zamanında Məkkədə (Minada) kəsməli olurlar. Əlbəttə maddi imkanı olmayanlar bu ibadətdən məsuliyyət daşımırlar.

Bənzər məlumat üçün aşağıdakı linki tuşlayın:

Qurban təkcə həcdə olanların yerinə yetirməsi lazım olan bir ibadətdir?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.