Müsəlmanlar

İnsanların zina etmək hürriyyəti varmı?

Sual: İnsanların öz arzularıyla zina edib, cəhənnəmə getmək hürriyyətləri yoxdurmu? Belə bir təşəbbüsdə olan insanlara necə müdaxilə etmək olar?

Cavab: Allahın bizə əmr etdiyi işlərin başında: “insanları yaxşılığa yönləndirmək və pis işlərdən uzaq tutmaq,”– gəlir.  Artıq istəyən bu əmrlərə rəayət edər istəyən də rəayət etməz. Hər bir insan nə etmişsə, onun qarşılığını görəcəkdir:

“Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.” ( Əli-İmran, 3/104.)

Peyğəmbər əleyhissəlamın da buyurduğu üzərə: “Sizdən kim bir pislik görürsə onu əliylə düzəltsin. Əgər buna gücü çatmırsa diliylə, buna da gücü çatmırsa, qəlbiylə qəzəb etsin. Bu isə, imanın ən zəif mərtəbəsidir.”[1]

Müsəlmanların ictimai davranışı ilə əlaqədar mövzuya aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/dusunce-sahesi/4947.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Müslim, Kitabul-İman.