Müsəlmanlar

Xızır, bir insandı yoxsa mələk?

Sual: Musa əleyhissəlam ilə yolçuluq edən Xızır, bir insandı yoxsa mələk? Quranda Xızırın adına rast gəlmədim. Bu barədə fikriniz nədir?

Cavab: Qurani-Kərimə baxanda, Musa əleyhissəlamla səyahətə çıxanın bir mələk olduğunu görürük. Çünki, “Etdiyim işlərin heç birini özbaşıma etmədim.”– deyir. Məsələn; gəmiyə xəsarət verir, ancaq Musa əleyhissəlamdan başqa heç kim görmür. Əyilmiş divarı yıxmadan düzəldir ki, bunu bir insan düzəldə bilməz. Uşaqla və valideynləri ilə əlaqədar gələcəyə dair xəbər verir. Nəticədə, bunların heç birini öz başına deyil, Allahın əmri ilə etdiyini bildirir. Əslində bu mələk, qabaqcadan “Doğrusu, sən mənim yanımda səbr edə bilməzsən”- demişdi.

Bu mələyin adı Xızır ola bilər. Çünki, mələklərin də bir adı vardır. Necəki, Buxaridə keçən bir hədisi şərifdə adı Xızır olaraq keçməkdədir.[1]

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Buna bənzər sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/5376.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Buxari 7/3209.

[2]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []