Müsəlmanlar

Bir insan digər birinə savab bağışlaya bilərmi və bunun sübutu varmı?

Sual: Bir insan digər birinə savab bağışlaya bilərmi və bunun İslamda bir dəlili varmı?

Cavab: Hər bir insan həm savaba həm də günaha bir vəsilə yarada bilər. Ancaq heç kim bir başqasına günah yükləyə bilmədiyi kimi savab da bağışlaya bilməz. Əksini iddia edənlər Allahın kitabına, rəsulunun sünnəsinə və imamlara iftira edirlər. Allah kitabında belə buyurur:

“İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (Nəcm 53/39.)

Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik.” (İsra 17/15.)

“Qorxun o gündən ki, (o vaxt) heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və (günahkarlara) kömək göstərilməyəcəkdir.” (Bəqərə 2/48.)

Peyğəmbər əleyhissəlam, öz qızına belə deyirdi: “Ey qızım Fatimə! Malımdan dilədiyini istə. Amma Allah yanında (hesab günündə) sənə heç bir köməyim dəyməyəcək. Özünü bir xurmayla da olsa qurtarmağa çalış.” (Buxari, “Vəsayə”, 11.)

Suala cavab verdi: Aydın Mülayim.

Mövzu ilə əlaqədar ətraflı məlumat almaq istəyənlər aşağıdakı linklərə müraciət edə bilərlər:

http://www.muselmanlar.com/fitvalar/6267.html

http://www.muselmanlar.com/kuran-dersleri/6456.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.