Müsəlmanlar

Kişi evlənəndə arvadına işləməyəcəksən deyə şərt qoşa bilərmi?

Sual: Kişi evləndiyi zaman arvadına işləməyəcəksən deyə şərt qoşa bilərmi?

Cavab: Ərin öz arvadını işə qoymamaq haqqı vardır.Çünki, əri öz arvadını keçindirməklə mükəlləfdir.[1]  Arvadına da “sən işləmə və ev işlərinə bax”– deyə bilər. Ancaq bu bir qanun kimi tövsiyə edilməz. Qadın da istəsə bunu qəbul edər, istəməsə etməz. Ev işləri onsuzda kifayət qədər ağır işlərdir. Həm uşaqların baxımı, tərbiyəsi həm də təmizlik və mətbəx işlərin hamısı qadına kifayət edir. Bir də kənarda işləsə həm bu işlərində həm də ərinə qarşı məsuliyyətlərində axsaqlıqlar büruzə verəcəkdir.

Nəticə etibarilə belə bir şərti irəli sürməsi normaldır.

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Nisə 34 Bax: “ öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər…”

[2]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []