Müsəlmanlar
Göz, qulaq və burun damcıları orucu pozarmı?

Göz, qulaq və burun damcıları orucu pozarmı?

Sual: Göz, qulaq və burun damcıları orucu pozarmı?

Cavab: Xeyr, pozmaz. Çünki bu dərmanlar mədəyə gəlib çatmır. Hətta bu dərmanların çoxu qana belə qarışmır. Ancaq burun damcılarının bir qisminin qana qarışması mümkündür. Lakin bu da orucu pozmaz.

Göz və qulaq damcıları (eynilə dəriyə tətbiq edilən bir məlhəm kimi) daha çox tətbiq edildiyi hissələrə təsir edərlər. Bu formadakı topikal (bölgə) dərmanların qana qarışan qisimləri demək olar ki, yox deyiləcək qədər azdır. Qısa şəkildə ifadə edərsək, bu dərmanlar orucu pozmaz.

Mənbə: Dok. Zəki Bayraqdar, “Oruclu xəstələr üçün bəzi tibbi məsləhətlər”, Kitab və Hikmət jurnalı, İyun-Sentyabır 2015, sayı 10, s. 21.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.