Müsəlmanlar
Fəlc olmuş, şüuru yerində omayan xəstələrin ibadət borcu necə ödənəcək?

Fəlc olmuş, şüuru yerində omayan xəstələrin ibadət borcu necə ödənəcək?

Sual: Fəlc olmuş, şüuru yerində omayan, yatağa bağlı bir xəstəmiz var. Ərinin onun adına qurban kəsməsi, orucu üçün kəfarət ödəməsi və onun yerinə həccə getməsi lazımdırmı?

Cavab: Xeyr! Lazım deyil. Başqasının adına yerinə yetiriləcək bir ibadət olmaz. İbadətin, hər kəsin özü tərəfindən yerinə yetirilməsi şərti vardır. Bir insan başqasının adına yeyib içə bilmədiyi kimi, Allahın şəxslərə əmr etdiyi ibadəti də bir başqası onun adına yerinə yetirə bilməz. Əgər belə bir şey etmiş olsa belə, yenə bu iş, onu yerinə yetirən şəxsə aid olmuş olur. Yəni, yemək misalında olduğu kimi, yediyi yeməklə başqasının qarnını deyil, ancaq öz qarnını doyurmuş olur.

Belə bir xəstəliyə məruz qalanlar, keçmişdə etdikləri xaric, o anda etdiklərindən heç bir məsuliyyət də daşımırlar.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/2658.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.