Müsəlmanlar
Müsəlman bir ailənin uşağı dindən çıxsa, vərəsədən məhrum olur?

Müsəlman bir ailənin uşağı dindən çıxsa, vərəsədən məhrum olur?

Sual: Müsəlman bir ailənin övladı dindən üz döndərsə, miras haqqında məhrum edilir?

Cavab: Xeyr, məhrum olmur/edilmir. Biz bunu Quranın müvafiq ayəsində də görürük:

“Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabına görə bir-birinə (varis olmağa) daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi bilir.” (Ənfal, 8/75)

Diqqət yetirin, Quranın mirasla əlaqədar ayələrində dini mənsubiyyət barədə heç nə deyilmir.

Əlavə olaraq, İslamda belə bir hökm var: “Dində məcburiyyət yoxdur.” Elə isə bu məsələdə də yoxdur. Əgər bir övlad dindən çıxdığı üçün və ya dinini dəyişdirdiyi üçün mirasdan məhrum edilsəydi, bu, ən böyük  məcburiyyət olardı.

Belə bir şey yolverilməzdir. Başqa sözlə desək, əgər bir nəfərin atası kafirdirsə, o şəxs özünün imanlı olduğunu bəyan etməkdən, əgər özü müsəlman deyilsə, bunu deməkdən qorxacaq. Belə bir şəxsə bundan daha ağır bir təzyiq ola bilərmi?!

Quranda bildirilir ki, İbrahim peyğəmbərin atası müşrik idi; yəni, o da Allaha şərik qoşanlardan idi. Məgər İbrahim peyğəmbər atasına: “Ata, atacığım!”, – deyə müraciət etmirdimi?

Odur ki, əgər Qurani-Kərim belə deyirsə, bu məsələni oraya-buraya çəkib çevirməyin bir mənası yoxdur. Heç kəs miras hüququndan məhrum edilmir, edilə bilməz.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Miras məsələləri ilə əlaqədar əlavə məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/miras-vesiyyet

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.