Müsəlmanlar

Qız uşağına Mira adı qoymaq olar?

Sual: Mira adının mənası nədir? Bizim bir qızımız dünyaya göz açdı. Ona Mira adı qoymaq olar? Bunda dini cəhətdən bir eyib var?

Cavab: Baxdığmız lüğətlərdə bu sözün İtalyan mənşəli olduğu qeyd edilir. Mənası isə ərazidə seçilmiş bir işarə nöqtəsinin şaquli vəziyyətini göstərən, istiqamət bildirmək üçün uzaqdan müşahidə olunan həndəsi formaya malik taxta parçası deməkdir.

İtalyanca lüğətlərdə isə nişan, nişan alma, hədəf, məqsəd, niyyət, baxmaq və tüfəngdəki kərtik kimi mənalar verir. ((Baxın: İtalyanca-Türkcə/Türkcə-İtalyanca Sözlük, “Mira”, tərtib edənlər Birsen Çankaya, Neval Barlas, Renato Luciano, Begüm Başoğlu, Fono Açıköğretim Kurumu Yayınları, İstanbul, 2005-ci il.))

İspan dili lüğətlərində isə Mira sözünə göz yuvası, silahda kərtik, müşahidə məntəqəsi, niyyət məqsəd kimi mənalar verilib. ((Baxın: İspanca-Türkcə/Türkcə-İspanca Sözlük, “Mira”, tərtib edənlər Birsen Çankaya, Jose Ramon Gonzalez, Fono Açıköğretim Kurumu Yayınları, İstanbul, 2005-ci il.))

Latın dilinə gəldikdə, bu dildə Mira sözü eynilə yoxdur. Lakin eyni kökdən törəyən mirat, mirati, mir/us, mir/or kimi sözlər qeyd olunur. Ümumi olaraq da təqdir edən, möcüzəvi, heyrətləndirici, məftun edici, fövqəladə, təəccüblənmək, heyrət hiss keçirmək, valeh olmaq, mat-məəttəl qoymaq kimi mənalar daşıyır. ((Baxın: Latınca-Türkcə Sözlük, tərtib edənlər Sinan Kabaağaç, Erdal Alova, Sosyal Yayınları, İstanbul, 1995-ci il.))

Ərəb dilində isə mübahisə etmək, etiraz etməkmüqavimət göstərmək mənaları daşıyan مرى (m-r-y) kökündən gələn mira (مراء) sözü mübahisə, münaqişə, cədəl və şübhə mənalarında işlədilir. Mira sözü bu mənada Qurani-Kərimdə də işlədilmişdir. ((Kəhf, 18/22.))

Bu sözün Türk dilində ay kimi işıq saçan bəy mənası verən Miray və ya Ərəbcə güzgü mənası daşıyan Mirat sözlərindən təhrif olunması da bir ehtimal kimi götürülə bilər.

Nəticə olaraq demək olar ki, bu söz dini baxımdan mənfi bir məna daşımır. Onu qız uşağına ad qoymaq olar.

Bununla belə, burada mühüm bir məqamı xatırlatmaq istəyirik:

Bu ad ölkəmizdə geniş yayılmış və ictimaiyyət tərəfindən qəbul edilmiş adlardan biri deyil. Bu faktor da nəzər alınmalıdır.

Zəhmət olmasa, uşaqlara adqoyma ilə əlaqədar olaraq aşağıdakı keçidə nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/adlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.