Sual: Mən 1-ci oğluma atamın adını qoymuşam. 2-ci oğlumuz dünyaya göz açdığı vaxt ona ad qoymaq məsələsini yoldaşıma həvalə etdim. O isə həmin vaxtlarda məşhur Türk sosioloq-mütəfəkkiri Cəmil Meriç-in əsərlərini oxuyurdu. Beləcə, yoldaşım 2-ci oğlumuza Meriç adı qoydu (görünür ki, bu mütəfəkkirin fikirləri ona müsbət təsir edib). Səhv etmirəmsə, Meriç eyni zamanda kiçik bir çayın da adıdır. Bu adda dini cəhətdən bir eyib var? Bu adı mütləq dəyişdirmək lazımdır?
Cavab: Muhəmməd peyğəmbər (s. a. v.) o dövrdə İslamı təzəcə qəbul etmiş şəxslərdən ancaq mənası din və əxlaq qaydalarına zidd olan adların dəyişidilməyini tələb edib. Digər adlara toxunmayıb.
Meriç adının da dinlə ziddiyyət təşkil edən bir cəhəti yoxdur.
Biz ümumi qaydalardan danışırıq; odur ki, uşağınızın bu adını dəyişdirib dəyişdirməmək sizin öz qərarınızdan asılıdır.
Lakin onu da qeyd etməliyik ki, bu ad ölkəmizdə geniş yayılmış və ictimaiyyət tərəfindən qəbul edilmiş adlardan biri deyil. Bu faktor da nəzər alınmalıdır.
Zəhmət olmasa, uşaqlara adqoyma ilə əlaqədar olaraq aşağıdakı keçidə nəzər salın:
http://www.muselmanlar.com/fitvalar/adlar
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.