Müsəlmanlar
Sərra sözünün mənası nədir? Quranda belə bir söz var?

Sərra sözünün mənası nədir? Quranda belə bir söz var?

Sual: Sərra sözünün mənası nə deməkdir? Quran kitabında belə bir söz qeyd olunubmu? Uşağa Sərra adı qoymaq nə dərəcədə münasibdir?

Cavab: Sərra sözü Ərəb sözüdür (السَّرَّاءُ). Mənası bolluq, rifah, səadət, genişlik deməkdir. Bu söz Qurani-Kərimdə 2 ayədə bu mənada işlədilmişdir. ((Baxın: Ali-İmran, 3/134 və Əraf, 7/95.))

Bu məlumatlara əsasən uşağa Sərra adı qoymağın dini cəhətdən bir eybi yoxdur.

Lakin bu ad ölkəmizdə geniş yayılmış və ictimaiyyət tərəfindən qəbul edilmiş adlardan biri deyil. Odur ki, bu faktor da nəzər alınmalıdır.

Mühüm bir məqamı da qeyd edək ki, uşaqlara qoyulan adların mütləq surətdə Qurani-Kərim və dini ədəbiyyatda olması şərt deyil.

Uşaqlara adqoyma ilə əlaqədar olaraq aşağıdakı keçidə nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/adlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.