Müsəlmanlar

Aybaşı halında olan qadın Quran oxuya bilər?

Sual: Dəstamazsız birinin Qurana toxunması və heyizli bir qadının Quran oxuması nə dərəcədə doğrudur?

Cavab: Qadınlar aybaşı olduqları vaxt, onlara qadağan edilən şeyin cinsi əlaqə olduğu Quranda bildirilib. Belə bir halda cinsi əlaqəni qadağan edən ayə Bəqərə surəsinin 222-ci ayəsidir: “Səndən qadınların heyzini (aybaşı halını) soruşurlar. De ki, o, bir əziyyətdir. Onları heyzli ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın…”

Aybaşı halında olan qadının Quran oxumaması barədə isə heç bir ayə yoxdur. Allah Təala Maidə surəsinin 6-cı ayəsində “Ey iman gətirənlər! Namaza durarkən, üzünüzü, dirsəklərə qədər əlllərinizi, başınızı məsh edin və ayaqlarınızı da məsh edin (və ya yuyun). Əgər cünub isəniz boy abdəsti (qüsl) alın…” Ayəsində ifadə edildiyi üzərə, “Quran oxumaya duranda” deyil, “namaza durarkən dəstəmaz alın”- deyə buyrulur.

Bir də Qurana dəstəmazsız toxunmaması barədə Vaqiə surəsinin 79-cu ayəsini dəlil gətirirlər: “Ona ancaq pak olanlar toxuna bilər.” Halbuki, bu ayədən belə bir hökm çıxmaz. Ayənin ərəbcəsində “toxunmasın” yox, istəsə də “toxuna bilməz”- deyə keçər. Eyni zamanda bu ayə bizim hal-hazırda əlimizdə olan Qurandan deyil, Levhi- Məhfuzdan[1] bəhs etməkdədir. Bir də bu ayə Məkkədə endiyi vaxt hələ Quran əlimizdəki şəkliylə mövcud deyildi. Nəhayət bu kitabla əlaqəli “Məknun” ifadəsindən, əl ilə tutulub gözlə görülən kitab qəs edilməz. Məknun, “hərtərəfli əhatə edilib qorunmuş”– deməkdir.

Quran oxumaq üçün dəstəmaz almaq və qadınların heyzdən təmizlənməsi lazım olduğuna dair  heç bir səhih hədis də yoxdur. Tam tərsinə, oxuması ilə əlaqəli hədislər vardır. Bunlardan biri belədir:

Ümmü Atiyyenin belə dediyi rəvayət edilmişdir: Biz heyizli qadınlara – bayram günleri – namaz qılınan yerə çıxmağı və möminlərlə bərabər təkbir almağımız və dua etməyimiz əmr olunurdu. (Buxari: C. II s. 938.)

Bu səbəblə müsəlmanların zəif rivayətlərə və fətvalara əsaslanaraq, Allahın kitabını oxumaqdan və dua etməkdən uzaq qalmalarını doğru görmürük.

Bu barədə ətraflı məlumat üçün aşağıdakı linkə müraciət edin:

http://www.muselmanlar.com/tedqiqatlar/1689.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 

 


[1] Levhi-Mahfuz, əməllərin yazıldığı və muhafizə edildiyi Allah qatındakı bir yer.