Müsəlmanlar
Hədisləri qəbul etməyən şəxsləri və qrupları necə dəyərləndirirsiniz?

Hədisləri qəbul etməyən şəxsləri və qrupları necə dəyərləndirirsiniz?

Sual: Son vaxtlarda sizə yaxınlıqları ilə bilinən bəzi insanlar hədisləri rədd etdiklərini açıq şəkildə etiraf etdilər. Siz isə daha əvvəlki söhbətinizdə “Əgər bizdən hədis əleyhinə bir fəaliyət gözləyirlərsə, bizdən çox uzaq olsunlar. Hədisləri rədd edənlər və aşağılayanlar tövbə etsinlər”- demişdiniz. Hələ də eyni görüşdəsiniz?

Cavab: Allah Təala bütün nəbilərə kitab və hikmət verdiyindən bəhs edir. Bizim də kitaba və sünnəyə uymağımızı istəyir. Hikmətin Qurandan çıxarılan doğru höküm olduğunu və bunun təkcə nəbilərə məxsus olmadığını, qeyri müsəlmanların da əldə edə biləcəyini yəni təbiətdən çıxarılan doğru hökümlərin də hikmət olduğunu ifadə edir. Eyni zamanda rəsulullahın bizə nümunə olduğunu ifadə etdiyi halda, birinin “mən sünnəni qəbul etmirəm”– deməsi, onun Quranı qəbul etmirəm deməsinə bənzəyir. Ancaq sünnə kəliməsinə verilən səhv bir məna var ki, bu da ayrı bir mövzudur.

Rəsulullahın söz və tətbiqatlarına mən müsəlmanam deyən birinin qarşı gəlməsi düşünülməz. Çox vaxtı deyirəm yenə də təkrar edim: “Biz sünnə düşmənləri deyilik”. Mən buradan bütün məzhəblərə, sünnisi, şiəsi daxil olmaq üzərə elan edirəm: “Ey ümməti Muhəmməd! Hər hansı bir mövzuda dəlil olaraq istifadə etdiyiniz hədislərin hamısını bir araya gətirin, görək bizim istifadə etdiyimiz hədislər qədər olurmu?”. Bu məzhəblər hədislərdən layiq olduğu şəkliylə istifadə edə bilməzlər. Çünki, onların üsulları xətalıdır, Quran və sünnə bütünlüyü yoxdur. Əksəriyyəti dəlil olaraq nə Quranı nə də rəsulullah əleyhissəlamın  sözünü əsas alıblar. Məsələn, ailə hüququ ilə əlaqədar dəlil olaraq nə ayə nə də hədis tapa bilərsiniz. Cəza hüququ, ictimai haq-hüquqlarla ilə əlaqədar da çox az sayıda hədis və sünnəni dəlil götürüblər. Ancaq heç kim bizim hər hansı bir görüşümüzün Quran və sünnəyə tərs olduğunu sübut edə bilməz. Əgər varsa bir dənəsini göstərsinlər. Bu səbəblə “mən müsəlmanam”– deyən və “mən kitaba bağlıyam”– deyən birinin rəsulullah əleyhissəlamın sözünü bir kənara atması mümkün deyildir.

Suala cavab verdi Professor Abdüləziz Bayındır.[1]

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı linklərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/5288.html

http://www.muselmanlar.com/fitvalar/5874.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.