Müsəlmanlar

Müsəlman bir qadının təsəttürü necə olmalıdır?

Sual: Müsəlman bir qadının təsəttürü necə olmalıdır və bu təsəttürün ölçüsü kim tərəfindən müəyyən edilməlidir? Bu barədə bir ayə varmı? Saçlarının bir qismi açıq qalması doğrudur?

Cavab: Nur surəsinin 31-ci ayəsində: وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنّ…” “…baş örtüklərini yaxalarının üstünə çəksinlər…” Ərəb dilində ifadə edilən “xumur”, qadınlara məxsus, başdan aşağı salınan bir örtüdür. Yaxalarının üstünə çəksinlər ifadəsiylə də boyunlarının və sinələrinin örtülməsi əmr edilir. Xumur kəliməsi “Darəbə alə”- feli ilə keçdiyi üçün 360 dərəcəlik örtünmə qəsd edilir ki, buna göz, ağız, burun da daxildir. Ancaq ayənin əvvəlində “إِلَّا مَا ظَهَرمِنْهَا…”  “…görünən qisim istisna olmaqla..,”- ifadəsi keçdiyi üçün üz qismi istisna edilmiş olur. Üz qisminin istisna edilməsi, onların tanınmaları üçündür. Saçlarının bir qisminin görünməsi isə onların tanınmaları ilə əlaqəli deyildir. Bu səbəblə bəzi təsəttürlülərin saçlarının bir qismini öndən açıq buraxması ya da tel göstərməsi bu istisnaya daxil olmaz.

Suala cavab verdi Professor Abdüləziz Bayındır.[1]

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

Hicabı tərk etmək nə dərəcədə düzgündür?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []