Müsəlmanlar
Hansı maddi imkana malik olanlar qurban kəsməlidir?

Hansı maddi imkana malik olanlar qurban kəsməlidir?

Sual: Qurani-Kərimə əsasən kimlərin qurban kəsməyi lazımdır? Qurban kəsmək üçün lazım olan maddi imkan nədir?

Cavab: Allah Quranın Həcc surəsinin 34-cü ayəsində belə buyurur:

“Biz hər bir ümmət üçün qurban kəsmək ibadəti müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin ilahınız Tək olan ilahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver!” (Həcc, 22/34)

“Səkkiz tay; qoyundan iki, keçidən iki. De: “(Allah) iki erkəyi, iki dişini, yoxsa dişilərin bətnindəki balalarımı haram etdi? Əgər düzgün şəxslərsinizsə, bilib danışın.

Dəvədən iki, inək cinsindən iki… De: “(Allah) iki erkəyi, iki dişini, yoxsa dişilərin bətnindəki balalarımı haram etdi? Allah belə buyurduğu vaxt məgər yanında idiniz?” İnsanları bilmədiklərinə görə yoldan azdırmaq üçün Allaha böhtan atandan daha zalım kim ola bilər? Allah zalımlar dəstəsini yola gətirməz.” (Ənam, 6/143-144)

Buradan belə çıxır ki, Adəm peyğəmbərdən üzü bəri bütün peyğəmbərlərin ümmətləri qurban bayramı günü bu heyvanları kəsiblər.

Qurban bayramında qurban kəsən adam fərz fəzifəsini yerinə yetirmiş olur. Sünnə ya da vacib vəzifəsini deyil. Kəsməyən də günahkar olmur. Amma ümmət üçün kəsilməzsə, günahkar olar. Lakin imkanı olan kəsər, imkanı olmayan da kəsməz, məcburiyyətdən kəsməyə ehtiyac yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.