Müsəlmanlar
Gizli şahidlik barədə nə fikirləşirsiniz?

Gizli şahidlik barədə nə fikirləşirsiniz?

Sual: Hal-hazırda Türkiyədə bəzi məhkəmə proseslərində gizli şahidlər olur. Bu məsələyə dində necə baxılır?

Cavab: Gizli şahidlik deyilən bir şey ola bilməz. Şahid mütləq açıq-aydın formada şahidlik etməlidir. Ki, o biri tərəf onunla əlaqədar fikirlərini bildirə bilsin. Çünki şahidlərin etibarlı şəxslər olmağı Quranın da hökmüdür. Belə ki, Bəqərə surəsinin 282-ci ayəsində: “Şahidlərdən razı olacağınız şəxslər” ifadəsi var.

Bir də şahidin şahidliyi və onun etibarlı olub olmadığı araşdırılmalıdır. Bu, bir istintaq prosesidir və olduqca vacibdir. Bunun da bir sıra şərtləri var. Yəni, bu məsələdə aşağıdakı məqamlar aydınlaşdırılmalıdır:

Görəsən, şahidlik edən şəxsin əleyhində şahidlik etdiyi şəxs və ya şəxslərlə hər hansı bir münasibəti varmı, varsa, bu münasibətlər mənfəət üzərində qurulub, yoxsa zidd ünsürlərə əsaslanır?

Bütün bunlar bilinməlidir. Elə isə gizli şahidlik deyilən bir şey qətiyyən ola bilməz. Hətta buna şahidlik demək belə, mümkün deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.