Müsəlmanlar
Botoks və buruna plastik əməliyyat

Botoks və buruna plastik əməliyyat

Sual: Botoks əməliyyatına dində necə baxılır? Buruna plastik əməliyyat etdirmək barədə nə deyilir?

Cavab: İnsanın üzünün müxtəlif bölgələrindəki qırışları əməliyyat etdirməklə açması olan botoksda müəyyən dərmanlar-maddələr işlədilir. Əgər bunlar insanın fitrətini pozursa, caiz hesab olunmur. 3-4 gün gözəllik üçün yerinə yetirilir və bədənin quruluşunu pozursa, haramdır.

Buruna plastik əməliyyatla bağlı tez-tez sual soruşulur. Cavab budur: Əgər burunda fiziki bir qüsur (sümük qırılması və sairə) varsa, bir sözlə, insanın həyatını çətinləşdirən şikəstlik varsa, belə bir əməliyyat etdirmək olar.

Əks halda, caiz deyil. Çünki Allahın sizə bəxş etdiyi bədənlə kifayətlənməlisiniz. Necə deyərlər, onunla barışmalı və razılaşmalısınız. Allahın yaratdığını bəyənməlisiniz.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

http://www.muselmanlar.com/fitvalar/3622.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.