Müsəlmanlar
Xəstəliklər günahların kəffarəsidir?

Xəstəliklər günahların kəffarəsidir?

Sual: Bəzən deyirlər ki, xəstəliklər və bu xəstəliklərdən irəli gələn ağrı-acı günahların kəffarəsidir. Bu söz dini cəhətdən nə dərəcədə düzdür?

Cavab: Allah Təala insanları hər növ imtahanla sınadığını bildirir. Misal üçün, Bəqərə surəsinin 155-ci ayəsində belə deyilir:

Əlbəttə, biz sizi mütləq bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, can [oğul-uşaq, övlad] və məhsul qıtlığı ilə imtahana çəkərik. Səbr edənlərə müjdə ver!

Bütün bunlar göstərir ki, Allah bizi çox ağır sınaqlardan keçirir. Həqiqətən də, belə deyilmi? Necə deyərlər, daşı sıxıb “suyunu” çıxardan bir adam birdən elə hala düşür ki, yataqdan qalxa bilmir. Bu, bir imtahandır. Yaxşı qaça bilən insan birdən axsamağa başlayır. Bütün bunlar canda çatışmazlıqdır, imtahan belə bir şeydir. Bəzi adamlardan eşidirik: Sən məni cavanlığımda görməlidyin! Yerimdən tullanan kimi əlimi tavana vururdum!

Bu məsələdə mühüm olan budur: Allah: “Səbr edənlərə müjdə ver!” deyir. Bəs səbr edənlər nə etməlidirlər? Yenə Qurana əsasən belə deməlidirlər: “Biz Allahdan gəldik, yenə ona qayıdacağıq.” Yəni, onlar: “Mənim onsuz da hər şeyim Allahındır,” – deməlidirlər.

Odur ki, insanlar Allahın dərgahına çıxardılacaq və Onun hüzurunda haqq-hesaba çəkiləcəklər.

Səbr etməyin nəticəsi kamilləşməkdir. Siz bişməmiş bir əti yeyə bilirsinizmi? Əlbəttə, yox. İlahi imtahan da belədir. İnsanı kamilləşdirir, bişirir. Allahın onu mükafatlandırmağına səbəb olur.

Ona görə də insan bunların qarşısında dözümsüzlük etməməlidir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.