Müsəlmanlar

Biz dini məsələlərdə kimə tabe olmalıyıq?

Sual: Məlumdur ki, dini ədəbiyyatda geniş yayılmış bir hədis var: “Əshabım göydəki ulduzlar kimidir. Hansına uysanız, səadətə çatarsınız.” Bu hədis nə dərəcədə səhihdir? Biz dini məsələlərdə kimə tabe olmalıyıq?

Cavab: Bu hədis münkər bir hədisdir. Məşhur İslam alimi Beyhəqi bildirir ki, bu hədis Abdulbər tərəfindən rəvayət edilmiş və o da: “Bu, hüccəti olmayan və dəlil olaraq qəbul edilməyən bir isnaddır”– demişdir.

Digər hədis alimləri də bu hədisin uydurma olduğunu demişlər. Məsələn, Əlbani: “Sənədində Səlam ibn Səlim olduğu üçün bu hədis mövzudur (uydurma)”– demişdir. İbn Həcər də belə demişdir:

Bu, yalan, uydurulmuş, batil bir xəbərdir, əsla səhih deyildir. ((İbn Abdulbər, Camiu-l-elm, 2/90-91, Əlbani, Silsiletu-l-əhadis-i zəifə, 1/79.))

Bu hədis, sadəcə isnad cəhətinin uydurma olmasıyla deyil, mətnindəki məna etibarı ilə də Qurana ziddir. Peyğəmbər və səhabəsi də Qurana tabe olublar. Bu səbəblə Allah qatında dəyərli və bizim üçün də nümunəvi insanlardır:

“Rəbbindən sənə vəhy olunana tabe ol! Ondan başqa ilah yoxdur. Müşriklərdən isə üz çevir.” (Ənam, 6/106)

Biz bizdən əvvəlkilərin xətalarını təkrar etməməliyik. Bizdən əvvəlkilər Allahın endirdiyindən başqasına uydular (bunlar Allahın sevdiyi mələklər, peyğəmbərlər, övliyalar, şeyxlər, pirlər və s. idi.) və bu səbəblə müşrik oldular. Müsəlman üçün dünya və axirətin, haqq və şərrin, qısacası, dininin ölçüsü Qurandır. O, xətadan, uydurmadan uzaqdır. Bu cəhətdən ona uyan ancaq doğru yolda olmuş olur və səadətə çatır.

Daha ətraflı məlumat üçün “Ənənəvi İslam və həqiqi İslam” sərlövhəli məqaləmizə baxa bilərsiniz:

http://www.muselmanlar.com/dusunce-sahesi/5569.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.