Müsəlmanlar
Dünyanı axirətdən üstün tutmaq insanı imansız hala salır?

Dünyanı axirətdən üstün tutmaq insanı imansız hala salır?

Cavab: Dünyanı axirətdən üstün tutanlar 2 qismə ayrılır:

Adəm peyğəmbər: O, dünyanı axirətdən üstün tutmuşdu. Amma özünü haqlı hesab etmədi, Allahın haqlı olduğunu qəbul etdi. Təqsirində təkid etmədi. Elə isə məhz özü günahkar oldu.

Deməli, dünyanı axirətdən üstün tutanlar 2 cürdür. Birincilər özlərini haqlı hesab edirlər. İkincilər isə özlərini haqlı görmürlər. Günahkar olduqlarını qəbul edirlər.

Özünü haqlı görən kafir olur? Görəsən, nə üçün? Çünki Allaha qarşı etibarsızlıq nümayiş etdirir, Ona etibar etmir.

Özünü haqlı görməyən isə mömindir. Törətdiyi günahın günah olduğunu qəbul edir; özünü bu işdə haqlı hesab etmir. Yəni, o, bir növ belə deyir: “Ey Rəbbim, Sənin dediklərin haqq və doğrudur.” və peşman olub, doğru yola qayıdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.