Müsəlmanlar
Axşam namazını xüftənin vaxtında birləşdirmək olar?

Axşam namazını xüftənin vaxtında birləşdirmək olar?

Sual: Biz axşam (şam) namazını xüftən namazının vaxtında birləşdirib qıla bilərik?

Cavab: Bəli, zöhr (günorta) və əsr (ikindi) namazları, eləcə də, axşam (şam) və xüftən namazlarını birləşdirib qılmaq olar. Rəsulullah (s. a. v.) birləşdirib.

Lakin əsas odur ki, namazlar ayrı qılınsın. Yəni, öz vaxtında.

Bir ehtiyac və ya çətinlik olduğu vaxt həmin namazları birləşdirib qılmaq olar. Bunun səbəbi Qurandakı namaz vaxtları ayələridir. Belə ki, zöhr namazının ilk vaxtı Quranda var. Əsr namazının son vaxtı da Quranda var. Amma zöhr və əsri ayıran vaxt Quranda yoxdur.  Eynilə bunun kimi, Quranda axşam namazının ilk, xüftənin isə son vaxtı ifadə olunub.  Axşamla xüftəni ayıran vaxt isə Quranda yoxdur.

Əlbəttə ki, bunları Quran ayələrindən başa düşmək mümkündür. Ancaq başa düşmək başqa məsələdir, ayələrdə açıq-aydın bir ifadənin olub olmaması isə ayrı məsələ. Məhz bu başa düşüldüyü üçün namazların hamısı öz vaxtında qılınmalıdır. Açıq bir ifadə olmadığına görə isə həzrəti Muhəmməd (s. a. v.) bəzən zöhr və əsri, bəzən də axşam və xüftəni birləşdirərək qılıb. Hətta təkcə səfər üstündə olduqda deyil, Mədinə şəhərində belə, namazını birləşdirib.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu məsələ ilə əlaqədar ətraflı məlumat aşağıdakı keçiddədir:

http://www.muselmanlar.com/fitvalar/2869.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.