Müsəlmanlar

Bronxial astma və oxşar xəstəliklər üçün işlədilən aerozol orucu pozur?

Sual: Başda bronxial astma olmaqla bir çox xəstəliyə qarşı müalicə vasitəsi kimi işlədilən aerozollar orucu pozurmu?

Cavab: Din işləri üzrə ali şuranın nəfəs darlığı çəkənlərin işlətdikləri və camaat arasında “fıs fıs” deyilən dərmanlarla əlaqədar bir qərarı var. Həmin qərar aşağıdakı kimidir:

“Ağ ciyər xəstələrinin işlətdikləri aerozoldan bir dəfədə 1/20 ml kəmə çox kiçik bir miqdar ağıza sıxılır. Bunun da böyük bir hissəsi ağız və nəfəs yollarının divarında əmilib yox olur. Ondan yerdə bir qədərin qalıb tüpürcək ilə mədəyə getdiyinə dair dəqiq bir məlumat da yoxdur. Dəstəmaz aldıqda ağızda qalan su ilə müqayisədə bu miqdar çox azdır. Halbuki, oruc tutan şəxsin dəstəmaz aldığı vaxt ağzına verdiyi sudan qalan miqdarın mədəyə getməsi halında orucu pozulmur. Çünki bununla əlaqədar hədis ((Darimi, Sünən, 21.)) və İslam alimlərinin icması var.

Əlavə olaraq, misvakdan qalan bəzi qırıntılar və kimyəvi maddələr mədəyə gedir. Bu, qaçılmaz bir haldır. Buna baxmayaraq həzrəti peyğəmbər oruc ola-ola misvakdan istifadə edib. ((Buxari, Savm, 27; Tirmizi, Savm, 29.)) Digər tərəfdən “Qəti olaraq bilinən bir şey şübhə ilə pozulmur” qaydasına əsasən mədəyə çatıb çatmadığı şübhəli olan bu şeylə oruc pozulmur.

Ona görə də bronxial astma xəstələrinin sağlamlığı oruc tutmaq üçün əlverişli olan və başqa xəstəlikləri də yoxdursa, rahat nəfəs almağı təmin etmək məqsədilə ağıza püskürtdükləri oksigenli dərman orucu pozmaz.” ((22/09/2005 tarixli “Orucu pozan və pozmayan müayinə və müalicə metodları” başlıqlı qərar.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.