Müsəlmanlar
Dializ tətbiq olunan böyrək xəstəsi oruc tuta bilər?

Dializ tətbiq olunan böyrək xəstəsi oruc tuta bilər?

Sual: Böyrək çatışmazlığından əziyyət çəkən bəzi xəstələrə dializ tətbiq olunur. Bu xəstələr oruc tuta bilər?

Cavab: Din işləri üzrə Ali Şuranın bu məsələ ilə əlaqədar qərarı aşağıdakı kimidir:

“Böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə 2 növ dializ tətbiq edilir: 1) Periton dializi; 2) Hemodializ.

Periton dializ qarın boşluğuna tətbiq edilən xüsusi bir məhlul vasitəsilə xəstənin öz qarın zəri (periton) istifadə edilməklə qanın zərərli maddələrdən təmizlənməsi və maye tarazlığının təmin edilməsi deməkdir.

Hemodializ isə qanın bədənin xaricindəki bir apparatın köməyi ilə təmizlənib bədənə təzədən verilməsi deməkdir. Bu vaxt qan iynə vasitəsilə xəstənin qolundan götürülür. Hemodializ apparatı qanı dializator adlandırılan bir filtrdən keçirib zərərli maddələri və artıq suyu süzür. Filtrdən keçirilmiş təmiz qan 2-ci bir iynə ilə xəstənin damarına vurulur. Bu əməliyyat zamanı xəstəyə bəzi hallarda qida ehtiva edən maye də vermək lazım gəlir.

Buna əsasən xəstəyə hər hansı bir maye maddə verilmədən həyata keçirilən hemodializdə oruc pozulmur. Digər dializ növlərində isə bədənə qida ehtiva edən maye verildiyinə görə oruc pozulur.”

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.