Müsəlmanlar
Daşınmaz əmlakdan götürülən qazanc faizdir?

Daşınmaz əmlakdan götürülən qazanc faizdir?

Sual: Bəzi adamlar deyirlər ki, daşınmaz əmlakı icarəyə verib pul qazanmaq fizlə məşğul olmağa bərabər bir hərəkətdir. Məgər kirayədən gələn xeyirlə faiz eynidir?

Cavab: Faiz borcdan götürülən gəlir deməkdir. Bir nəfər başqa birinə 100 manat faizli borc verdiyi vaxt borcu alan şəxs həmin pulu öz işlərinə sərf edir. Qaytardığı vaxt da üstündə əlavə məbləğlə qaytarmalı olur. Faiz budur. Həm də qaytardığı pul əskinası aldığı ilə eyni deyil. Başqa bir əskinasdır.

Deməli, faiz istehlak edilən mallarda olur. İstehlak edilə bilməyən mallarda faiz olmur. Kirayə və ya icarə isə bir malın mənfəətindən xeyir götürməklə olur. Yəni, icarəyə verilən obyektlərdən və kirayəyə açılan mənzillərdən bunun müqabilində qazanc əldə olunur. Kirayənişin kirayəyə götürdüyü yeri istehlak etmir, istifadə etdikdən sonra yiyəsinə qaytarır. Qayda belədir. Ona görə də istehlak olunan mallar kirayəyə verilmir.

Tutalım ki, siz bir evi kirayəyə tutmusunuz. Müddət başa çatdıqda evi olduğu kimi sahibinə təhvil verirsiniz. Onun əvəzinə başqa bir evi qaytara bilməzsiniz. Əlavə olaraq, kirayənişin yaşadığı evi sata da bilməz. Pul isə belə deyil. Faizli borc aldığınız pulu xərcləmədən qaytarmırsınız.

Kirayəyə götürülən avtomobillərdə də vəziyyət eynidir. Əgər bir qəza və xəsarət baş verməyibsə, eyni texnikanı shibinə qaytarmalı olursunuz. Bütün bu misallarla demək istəyirəm ki, faiz istehlak edilən mallarda, kirayə və icarə isə istehlak edilməyən mallarda olur. Odur ki, kirayədən götürülən gəlir faiz deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.