Müsəlmanlar
“Müflis mömin” hədisinin bəndə haqq-hüququ baxımından izahı

“Müflis mömin” hədisinin bəndə haqq-hüququ baxımından izahı

Sual: Məlumdur ki, peyğəmbərimizin “müflis mömin” adlandırılan bir hədisi var. Onu ölməzdən qabaq tövbə edən, ancaq boynunda bəndə haqqı qalan bir möminin timsalında bəndə haqq-hüququ baxımından izah edə bilərsinizmi?

Cavab: Qeyd etdiyiniz hədisdə peyğəmbərimiz (s. a. v.) müflisin (iflasa uğrayan) kim olduğunu soruşur və cavab verir:

Qiyamət günü dağlar qədər əməllə gələn, yəni, savab işlər görən, bununla belə, filankəsin haqqını yeyən, ona-buna pislik edən şəxsdir. Etdiyi pislik və haqsızlıqların müqabilində onun öz savabları əlindən gedir və qurtarır. Gördüyü pis işlər isə qurtarmır. Bu halda onların günahlarından məsul olub Cəhənnəmə gedir.

Məlumdur ki, ölən insandan qalan miras varislərin arasında bölüşdürülməmişdən əvvəl onun əgər varsa, borcları qaytarılır. Qayda belədir. Əgər borcları ödənirsə, axirətdə bunlara dair sorğu-sual edilmir. Əgər ödənməsə, təbii ki, bunun cavabını mütləq verəcək.

Bütün bunlardan çıxan nəticəyə əsasən, insanlar bu məsələlərdə çox diqqətli olmalıdırlar. Bu dünyada belə şeylərə çox fikir vermək lazımdır.

Allah Quranın Leyl surəsində belə buyurur:

“Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar. O kimsə ki, malını (Allah yolunda) verir, (günahlardan) təmizlənir. O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).” (Leyl, 92/17-19)

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.