Müsəlmanlar

Hazırkı dövrdə mənzil almaq üçün kredit götürmək olar?

Sual: Mənim tanışlarım mənə belə deyirlər: “İndiki zəmanədə gərək insanın öz evi ola. Ticarət məqsədilə deyil, yaşamaq üçün alınan ev məsələsində kredit götürmək günah deyil.” Onların bu sözü dini cəhətdən nə dərəcədə düzgündür?

Cavab: Təbii ki, hamının bir evi olmalıdır. Əgər biz indiki dövrdə düzgün işləyən bir iqtisadi sistem qura bilsək, hamının evi olar. Bu, çox da çətin bir şey deyil. Hazırkı kağız pul sisteminin yaratdığı çətinliklərlə yanaşı, çox münasib imkanlar da var. Bu imkanlardan asanlıqla istifadə etmək olar. Dövlət əslində bunları etməlidir.

Amma nə olursa olsun, dinə əsasən faizli kreditlə ev almaq olmaz. Bunun düzgün olduğuna fitva vermək olmaz! Çünki bir tərəfdən: “Faiz haramdır”, – demək, digər tərəfdən də faizlə iş görən bir sistemi məqbul hesab etmək olmaz.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.