Müsəlmanlar

Bir malın nağd və müddətli satış qiymətləri fərqli ola bilər?

Sual: Bir malın nağd qiyməti 20 manat, müddətli qiyməti isə 21 manat ola bilər? Bu barədə dində nə deyilir?

Cavab: Hər şeydən əvvəl deyim ki, bu məsələdəki fərq faiz deyil.

Hal-hazırda əlimdə bir noutbuk tuturam və dərsdə iştirak edənlərdən soruşuram: Bu neçə manatadır? Bunun qiyməti nədir? Təbii ki, cavablar müxtəlifdir: Biri 400, biri 600, digəri isə 750 manat deyir. Əlavə olaraq, bu noutbukun təzəsi ilə köhnəsinin (işlənmiş) qiymətləri eyni deyil, fərqlidir. Eyni zamanda kompyuterləri topdan və yaxud da tək-tək (pərakəndə) satmaq olur, belə yerlər hər yerdə var.

Bəs əlimdə tutduğum 100 manat? Hamı üçün və hər yerdə eyni deyilmi? Bu pulu topdan və ya pərakəndə satanlar ola bilərmi? Bu mümkündürmü? Əlbəttə ki, xeyr!

Deməli, mal ilə pulun arasında bir fərq var. Bunlar ayrı şeylərdir. Odur ki, bir malın nağd və müddətli satış qiymətləri arasında fərq ola bilər. Pul isə belə deyil; eyni fikri pul üçün demək olmaz.

Bir sözlə, satış mallarının qiyməti bazara əsasən, eləcə də, tərəflərin tələb və potensialına əsasən, razılaşmaya əsasən müəyyən edilir. Nəticə olaraq, bir malın nağd və müddətli satış qiymətlərinin fərqli olmağında dini cəhətdən bir eyib  yoxdur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.