Müsəlmanlar
Bankların pensiyaçılara verdiyi təşviqi pul halaldır?

Bankların pensiyaçılara verdiyi təşviqi pul halaldır?

Sual: Pensiyaçılar pensiyalarını bir bankdan alırlar. Başqa bir bank onlara belə bir təklif edir: “Pensiyanızı bizdən alın, biz də bunun müqabilində 2 illik müqaviləyə əsasən 300 manat verək.” Belə bir şeyi qəbul etmək dini cəhətdən düzgündür?

Cavab: Bankların dövlət qulluqçuları və təqaüdçülərə, eləcə də, müxtəlif sahələrdə işləyənlərə belə bir təklif etməyinin səbəbi budur:

1) Pul banka əslində maaş vaxtından bir müddət əvvəl köçürülür. Nəticədə bank nağd pul vasitəsilə bir sıra imkanlara malik olur.

2) Hamı maaşının hamısını bir dəfədə pulçıxarma maşınlarından götürmür. Hissə-hissə götürür. Nəticədə bankda yenə nağd pul qalır. Bu da öz növbəsində bankın müxtəlif əməliyyatları rahatlıqla həyata keçirməsi üçün münasib şərait yaradır.

Bank bütün bunların müqabilində verdiyi pula təşviqi miqdar deyir. Məsələyə maaş alan şəxslər baxımından yanaşdıqda görürük ki, onların banka verdiyi bir borc-filan yoxdur. Yəni, bu şəxslər istər-istəməz maaşlarını/pensiyalarını o bankdan almalı olurlar. Onların bu vəziyyəti dəyişdirə bilmək kimi bir imkanı yoxdur. Lakin vəziyyət pensiyaçıların və dövlət qulluqçularının maaşını ödəyən təşkilat və qurumlarda bu cür deyil. Başqa cür desək, onlar bu məsələyə müdaxilə edə bilirlər. Belə bir imkana malikdirlər. Müqaviləni bağlayanlar da onlardır.

Bankların verdiyi bu təşviqi pul miqdarını faiz adlandırmaq olmaz; çünki yuxarıda da dediyim kimi, burada borc verib borcdan gəlir götürmək yoxdur. Bununla belə, bu, dini cəhətdən xoşagələn bir qazanc deyil. Yaxşı olar ki, bu miqdarı alanlar bir kasıba/möhtac olana versinlər. Bu, mənim onlara tövsiyəmdir.

Əgər işləyən insan (pensiyaçılar, dövlət qulluqçuları və sairə) özü qeyd etdiyimiz təşviqi pul miqdarı üçün hər hansı bir bankla müqavilə bağlayırsa, bu, dini cəhətədn qəbuledilməz bir hala gəlir. Çünki burada şəxsin öz iradəsi var və bu, faizli bir işdir. Belə bir hərəkətdən isə uzaq durmaq lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.