Müsəlmanlar
Biz dilənçilərə mütləq pul verməliyik?

Biz dilənçilərə mütləq pul verməliyik?

Sual: Biz yolda dilənçilik edən insanlara mütləq pul verməliyik, yoxsa onların bu istəyini rədd edə bilərik? Əgər rədd etsək, necə deyərlər, qeyrətullaha xələl gələr? Əbu Davuddan rəvayət olunan bir hədisdə deyilir ki, sizdən bir şey istəyəni atın belində olsa belə, rədd etməyin. Əgər bu hədis səhihdirsə (mötəbər, düzgün), biz müsəlmanların bu məsələdə məsuliyyətimiz nədən ibarətdir?

Cavab: Hər şeydən əvvəl qeyd edim ki, bu işlə məşğul olanların, daha doğrusu, bir şey istəyənlərin arasında çox imkansız (möhtac) olanlar da, varlılar da var. Bunları bir-birindən ayırd etməyimiz o qədər də asan məsələ deyil. Quranda belə bir ayə var:

“İstəyənə qarşı laqeyd rəftar etmə!” (Duha, 93/10) ((Bu ayədəki “sail” kəlməsəni “sual soruşan” formasında da başa düşmək mümkündür.))

Odur ki, heç olmasa, xoş bir sözlə istəyən şəxsin könlünü almaq lazımdır. Təbii ki, ona imkan daxilində bir şey vermək də yuxarıdakı ayəyə əsasən bir öhdəlik kimi görünür.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.