Müsəlmanlar
İştirak bankındakı pulun hansı hissəsinə zəkat düşür?

İştirak bankındakı pulun hansı hissəsinə zəkat düşür?

Sual: İştirak bankına qoyulan xeyir-ziyan hesabındakı puldan zəkat verilməlidir? Verilməlidirsə, hansı hissəsindən? Başqa cür soruşum: Bundan götürülən xeyirdən zəkat verilməlidir, yoxsa əsas məbləğdən?

Cavab: İştirak bankında xeyir-ziyan şərikliyinə əsaslanan hesabda olan əsas məbləğə də, ondan gələn gəlirə də zəkat düşür. Odur ki, ilin axırında əsas məbləğ+yaranan gəlirin yekunundan zəkat vermək lazımdır.

Buna bir misal verək:

Tutalım ki, bir nəfər iştirak bankına 10 min manat qoyub. Əgər ilin axırında o hesabda cəmləşən pul 10 min 600 manatdırsa, bu məbləğdən zəkat verilməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.