Müsəlmanlar
Quranın mubin olmağı nə məna daşıyır?

Quranın mubin olmağı nə məna daşıyır?

Sual: Quranda bir neçə yerdə “kitabun mubin” ifadəsi var. Bununla nə nəzərdə tutulur? Mənası nədir?

Cavab: Ənənəvi Quran tərcümə-məallarında bu ifadə “açıq kitab” kimi tərcümə olunur. Əslində isə həmin ifadəni “açıqlayan kitab” kimi vermək daha düzgündür.

Bununla belə, eyni ifadəni “açıq bir kitab” kimi tərcümə etmək də səhv deyil. Lakin bəzi insanlar Quran açıq-aydın bir kitab olduğu halda bəzi səbəblərdən onu başa düşməkdə çətinlik çəkirlər. Təbii ki, bu hal Quranın özündən deyil, onun müxtəlif ayələrinə verilən müxtəlif xətalı mənalardan irəli gəlir.

Quran elə açıq bir kitabdır ki, onu onun anlaşılmasının metodlarını bilənlər də anlayır, bilməyənlər də. Sonuncular təbii ki, özlərinə lazım olan qədərini başa düşürlər.

Nəticə olaraq, “kitabun mubin” ifadəsini “açıqlayan kitab, bəyan edən kitab” kimi tərcümə etmək mənim fikrimcə, daha düzgündür.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.