Müsəlmanlar

Kişi öldü. Mirası arvadı, qızı və ölən oğlunun uşaqlarına necə verilməlidir?

Sual: Ata öldü. Həyat yoldaşı, 2 qızı və ölən oğlundan 2 nəvəsi (1 qız, 1 oğlan) qaldı. Bu vəziyyətdə mirası necə bölünməlidir?

Cavab: Mirası qalanın arvadı ilk növbədə mirasın səkkizdə birini alar. Yerdə qalanı isə digər varislər arasında bölünür. Buna əsasən:

1) Miras 96 hissəyə bölünür. Mirası qalanın arvadı səkkizdə biri olan 12 hissəni alır.

2) Yerdə qalan 84 hissədən 2 qızına da 21 hissə verilməlidir. 42 hissə də nəvələrinin arasında oğlanın 2 qız hissəsi qədər ala biləcəyi şəkildə (oğlan uşağına 28, qız uşağına da 14) paya bölünür.

Mirasla əlaqədar ayədə Allah belə buyurur:

“Allah uşaqlarınızın haqqında mirasdan oğlan uşağının 2 qız uşağı payı qədər almağını əmr edir.” (Nisa, 4/11)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.