Müsəlmanlar
Ailə daxilində zorlanan uşaq vələdüzzina hesab olunur?

Ailə daxilində zorlanan uşaq vələdüzzina hesab olunur?

Sual: Televiziyada xəbərlərdə bəzən deyilir ki, filan yerdə bir ata öz qızına təcavüz edib. Bu xəbəri eşidən bəzi adamlar deyirlər ki, bir atanın nəfsi öz qızını çəkməz, o adamın arvadı uşağı başqa bir kişidən dünyaya gətirib... Belə bir söz nə dərəcədə düz ola bilər?

Cavab: Bu cür pis bir halla üzləşən uşağın vələdüzzina (zinadan dünyaya gəlmiş) olduğunu iddia etmək qəbuledilməz bir işdir. Əgər bu iddia o uşağı dünyaya gətirən qadının öz etirafı və ya 4 şahidlə sübut olunmayıbsa, deməli, namuslu bir qadına zina etdiyinə dair böhtan atılır. Bunun cəzası isə o iddianı ortaya atanlara 80 şallaq vurmaq və bir daha şahidliklərini qəbul etməməkdir. Bu məsələ ilə əlaqədar Quran ayəsi var:

“Namuslu qadınlara zina günahı isnad edən, sonra da 4 şahid gətirə bilməyənlərə 80 şallaq vurun. Onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar yoldan azıblar!” (Nur, 24/4)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.