Müsəlmanlar

“İnsanları və cinləri ancaq Mənə ibadət etsinlər deyə yaratdım” ayəsi nə deməkdir?

Sual: Mən Zariyat surəsindəki: “Mən insanları və cinləri ancaq Mənə ibadət etsinlər deyə yaratdım” cümləsi ilə əlaqədar sual soruşmaq istəyirəm. Biz hər şeydən böyük olan yaradıcının öz böyüklüyünü təqdis və təsbih etməsi üçün bir şey yaratmaq və onlardan ibadət istəməyini necə başa düşməliyik? Başqa bir sözlə soruşum: Əgər yaratdığının yaradana ibadət etməsi irəli sürdüyümüz və inandığımız kimi yaradana bir şey qazandırmırsa, niyə öz yaratdığından ibadət gözləyir? İnsanlar yaradıldıqda iradələri xaricində bir imtahana çəkilirlər. Bu imtahan yaradılanı ya qələbəyə, ya da əbədi bir zillətə salacaq. Bəs bu imtahana girmək niyə insanın iradəsinin xaricindədir?Bu haqsızlıq deyil? Niyə imtahanda seçmək hüququ yoxdur? Əsas da imtahana girib girməmək məsələsində. Ya da bəlkə, biz belə şeyləri soruşmamalıyıq? Din bir qəlb-könül işidir? Allahın əmrləri barədə müzakirə və mübahisə etmək olmazmı? Yoxsa bunları birbaşa qəbul edib həyata keçirmək lazımdır?

Cavab: Allah Təalanı etdiyi heç bir şeyə görə sorğu-suala tutmaq olmaz. Bu məsələyə dair ayələrin bəziləri aşağıdakı kimidir:

“Göylərdə və yerdə kim varsa, Onundur. Onun hüzurunda olanlar Ona bəndəlik etməyi gözlərində böyütməzlər. Bundan yorğunluq da hiss etməzlər.

Gecə və gündüz daima Ona boyun əyərlər.

Yoxsa bunlar bir sıra ilahlar tutdular ki, yerdən təzədən dirilməyi onlar edəcəklər?

Yerdə-göydə Allahdan başqa ilahlar olsaydı, ikisi də məhv olub gedərdi. Ərşin Rəbbi olan Allah onların yaraşdırdığı xüsusiyyətlərdən uzaqdır.

O etdiyi heç bir şeyə görə mühakimə edilə bilməz; amma onlar ediləcəklər” (Ənbiya, 21/19-23).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.