Müsəlmanlar
Qurana qulaq asmaq və səcdə ayəsi

Qurana qulaq asmaq və səcdə ayəsi

Sual: Yanımızda gəzdirdiyimiz mp3 cihazı, disk oynadıcı, cib telefonu, kiçik maqnitofon və bunlara oxşar cihazlardan içərisində səcdə ayəsi olan bir surəyə yolda gedə-gedə bir neçə dəfə qulaq assaq, səcdə etməliyik? Əgər etməliyiksə, səcdəni nə vaxt yerinə yetirməliyik?

Cavab: Görkəmli İslam alimi Elmalılı Muhammed Hamdi Yazır Əraf surəsinin 204-cü ayəsini (Quran oxunduğu zaman ona qulaq asın və susun ki, sizə mərhəmət edilsin) təfsir edərkən belə deyir:

“Ağıllı olmayandan və cansız varlıqlardan çıxan səslərə, eləcə də əks-sədadan, yəni, səsin əks olunmasından meydana gələn səsə qiraət demək olmaz. Fəqihlər elə buna görə bildiriblər ki, bir qiraətin əks-səda verməsindən hasil olan səsi qiraət və tilavət hesab etmək olmaz və elə bu səbəbdən tilavət səcdəsi etmək lazım deyil. Bir kitabı səssiz oxumağa qiraət demək mümkün olmadığı kimi, çalınan, cingildəyən və ya əks-səda verən bir səsə qulaq asmaq da qiraətə qulaq asmaq demək deyil.

Belə olan halda, Quran oxuyan bir insanın səsini əks etdirən bir cihazdan gələn səs də qiraət adlandırıla bilməz. Bu cür səslər qiraət deyil, bir qiraətin əksi və əks olunmasıdır; bunlara qulaq asmaq və susmaq əmrlərinin hökmü aid edilə bilməz. Başqa sözlə, qulaq asmaq və oxunarkən susmaq vacib olan Quran cihazda çalınan Quran deyil, bir insan tərəfindən oxunan Qurandır”.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.