Müsəlmanlar
Ramazanın hansı gecəsinin qədr gecəsi olduğunu müəyyən etmək olar?

Ramazanın hansı gecəsinin qədr gecəsi olduğunu müəyyən etmək olar?

Sual: Mən internet şəbəkəsində belə bir məlumatla qarşılaşdım: “İmam Şərani qədr gecəsinin neçənci gecə olduğunu ramazanın daxili günlərinə əsasən belə təsbit etmişdir. Onun özü 30 il qədr gecəsi ilə şərəfləndirilib. Bir çox Allah dostu da bu üsulla qədr gecəsini müəyyən edıb. Buna əsasən bazar günü girsə, 29-cu gecə, bazar ertəsi girsə, 21-ci gecə, çərşənbə axşamı girsə, 27-ci gecə, çərşənbə girsə, 19-cu gecə, cümə axşamı girsə, 25-ci gecə, cümə girsə, 17-ci gecə şənbə 23-cü gecə.” Belə bir şey ola bilər?

Cavab: Belə bir şey ola bilməz, çünki heç bir dəlilə əsaslanmır. Aşağıdakı hədisdə peyğəmbərimiz (s. a. v.) qədr gecəsinin özünə unutdurulduğunu açıq-aydın bildirib:

Əbu Səid (r. a.) nəql edir: Biz peyğəmbərimiz  ilə birlikdə ramazanın orta on günündə etikafa çəkildik. 20-ci günün səhəri olduqda əşyalarımızı (evlərimizə) apardıq. Sonra Allahın elçisi belə söylədi:

“Etikafa daxil olanlar etikaf yerlərinə gəlsinlər. Çünki bu gecə mənə qədr gecəsinin hansı gecə olduğu göstərilmişti, sonra unutduruldu. Siz onu son 10 gündə və tək gecələrdə axtarın.” (Buxari, Fəzlu leyləti-l-qədr, 2, 3, Etikaf, 1, 9, 13; Müslim, Siyam, 213, 1167)

Peyğəmbərimizin bu açıqlamasından sonra heç kimsənin hər hansı bir əlavə etməyi və qədr gecəsini təsbit etdiyini irəli sürməyi düzgün deyil.

Yeri gəlmişkən, qədr gecəsi ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə baxın:

http://www.muselmanlar.com/tedqiqatlar/877.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.