Müsəlmanlar
Valideynlər mirasın bölünməyinə mane ola bilərlər?

Valideynlər mirasın bölünməyinə mane ola bilərlər?

Sual: Bizim atamız 1 il bundan qabaq rəhmətə getdi. Anam və mən də daxil olmaqla, 5 qız uşağı qaldıq. Atamdan bizə 3 mənzil, 1 maşın qaldı. Ancaq anam onun vərəsəsini aramızda paylara bölmədi. Anam həm Almaniyada, həm də burada maaş alır. Mən miras məsələsinə toxunub tələb etdim ki, bölüşdür. O da mənə hirslənib ağır danışdı. Mən isə bundan narahat oldum. İslam dininə əsasən bu məsələ nə cür qiymətləndirilir?

Cavab: Varislərin bir-birinin boynunda haqqı qalmamağı üçün miras malları çox vaxt itirmədən paylanmalıdır. Həyat yoldaşı ölən kişi (ata) və ya qadın (ana) mirasın bölüşdürülməsini tələb edən övladlarına hirslənməməli, onlardan küsməməlidirlər. Çünki bu məsələ onların istəyindən asılı deyil; məhz Allahın əmridir.

Sizin vəziyyətinizdə olan bir ailənin miras mallarının paylanması isə aşağıdakı kimi olmalıdır:

Əgər miras mallarının hamısını 40 pay qəbul etsək, onun səkkizdə biri olan 5 pay ananıza çatmalıdır. Yerdə qalan 35 payı isə hər bir qız uşağı (ərdə olub olmamaqlarından asılı olmayaraq) 7 pay formasında almalıdır.

Miras mallarına mənzil, maşın, nəğd pul, ümumiyyətlə atanıza aid olan hər şey daxil edilməli, bölüşdürmə işi bundan sonra görülməlidir. Bununla belə, ananızın ərinin ölməyinə görə aldığı dövlət müavinəti buna daxil edilmir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.