Müsəlmanlar
İndiki dövrdə boşanmaq istəyən qadın məhkəməyə müraciət etməlidir?

İndiki dövrdə boşanmaq istəyən qadın məhkəməyə müraciət etməlidir?

Sual: Hazırkı dövrdə ərindən boşanmaq istəyən bir qadın kimə və haraya müraciət etməlidir? Qadın və kişi (arvad və ər) tərəfindən təşkil edilən hakim heyəti bu məsələdə nə dərəcədə səlahiyyətlidir? Bu məsələnin dini tərəfini izah etməyinizi xahiş edirəm.

Cavab: Onların heç birinin belə bir səlahiyyəti yoxdur. Onlar sadəcə olaraq qadına: “Sən bu məsələdə haqlısan, ərindən ayrıla bilərsən” deyə bilərlər. Yəni, son qərar qadının özündən asılıdır. İndiki məhkəmələrdə belə bir şey yoxdur. Müsəlmanlar öz aralarından etibar edib inandıqları şəxsləri hakim təyin edə bilərlər. Beləcə, problemi həll edərlər. Bu, onların Allah qarşısındakı cavabdehliklərinə görə – yəni, müsəlmanların məsuliyyəti baxımından belədir.

Rəsmi nikahı olanlar isə bu məsələni ancaq məhkəmə yolu ilə həll edə bilərlər. Biz burada sizin sualınıza əsasən bu məsələnin dini cəhətini izah edirik.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.