Müsəlmanlar

İslam müharibə dinidir, yoxsa sülh?

Sual: Məlumdur ki, Muhəmməd peyğəmbər çoxlu döyüş həyata keçirib. Elə isə İslamın müharibəpərəst bir din olduğunu demək olar?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, İslam sözü Ərəb sözüdür və lüğəvi mənası sülh müqaviləsi bağlamaq, xilas olmaq, boyun əymək, tabe olmaq və təslim olmaq olan silm sözündən əmələ gəlmişdir.

İslamın qoyduğu qaydalar və əhatə etdiyi hökmlər, o cümlədən həzrəti Muhəmmədin (s. a. v.) həyata keçirdiyi işlər, fəaliyyətlər də İslamın sülh və ədalət dini olduğunu sübuta yetirir.

Odur ki, peyğəmbərin apardığı döyüş əməliyyatlarının əsl səbəb və nəticələrini nəzərə almadan bu dini “qılınc dini!” kimi qiymətləndirmək əsassızdır.

Gəlin, peyğəmbərimizin iştirak etdiyi döyüşlərlə əlaqədar bir əsəri olan Muhəmməd Həmidullah adlı alimin bu məsələ ilə əlaqədar təhlilinə nəzər salaq:

“10 il çəkən faktiki siyasi fəaliyyətdən sonra can üstündə olarkən o, təqribən 2000000 km sahədə qurulmuş bir dövləti idarə edirdi. Rusya istisna olmaqla, Avropa qitəsi böyüklüyündə və ütündə o vaxt milyonlarla insanın yaşadığı bu geniş sahə müharibə meydanlarında düşmən ordusunun sıralarında öldürülən təxminən 250 nəfərin müqabilində fəth olunub. 10 illik bu dövr ərzində müsəlmanların itkisinə gəldikdə, bu, hər aya 1 şəhid kimi hesablana bilər. Bəşəriyyət tarixində insanın qanına (həyatına) verilən bu qiymət və hörmətə bir də təsadüf etmək olmaz.”

Muhəmməd Həmidullah peyğəmbərimizin döyüşlərində sadəcə olaraq 250 düşmən əsgərinin öldüyünü tarixi mənbələrlə əsaslandırır:

“İbn Hişamın fikrincə həzrəti peyğəmbər Mədinədən döyüş məqsədilə 27 səfərə şəxsən çıxmışdır. Ancaq bunlardan təkcə 9-unda döyüş baş verib. Bir çoxu hərbi məqsədlərlə olmasa belə, əshabələrin rəhbərliyi ilə Mədinədən başlayan səfər, yaxud da göndərilən hərbi taqımların sayı isə eyni mənbəyə əsasən 38-dir. Aşağıda bir cədvəl var. Nəzərə almaq lazımdır ki, oradakı (itkilərə dair) məlumatlar tam və dəqiq deyil. Bununla belə, bizdə həmin döyüşlər haqqında ümumi bir qənaət formalaşdırır:

Səfər Düşmənlərin sayı Düşmənin itkisi İslam ordusu Şəhidlərin sayı
Bədr 950

70

313 14
Uhud 3000 22 700 70
Müstəliq 200 (?) 10 30 (?) 1
Xəndək 12000 8 3000 6
Xeybər 20000 93 1500 15
Mutə 100.000 ? 3000 13
Məkkənin fəthi ? 13 10.000 3
Huneyn ? ? 12.000 4
Taif mühasirəsi ? ? 12.000 12
Cəmi 216 138

Yuxarıda verilən statistikaya Rəci və Bi-ri Məunda xaincəsinə qətl edilən və sayları təqribən 44 nəfər olan İslam fədaisi daxil deyil. ((Ətraflı məlumat üçün baxın: Muhəmməd Həmidullah, Həzrəti peyğəmbərin savaşları, Yağmur nəşriyyatı, 4-cü nəşr, İstanbul, 1991, s. 21-22.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.