Müsəlmanlar

Günah törətməmək üçün kəbin kəsdirmək olar?

Sual: Mən təxminən 3 ildir ki, bir qızla dostluq edirəm. Aramızda əlaqə omayıb. Olmağı mümkün də deyil. Ancaq biz bir yerdə gəzəndə təbii ki, əl-ələ tutuşuruq, vidalaşanda qucaqlaşırıq. Bütün bunlar dinə əsasən necə qiymətləndirilir? Molla kəbini kəsdirsək, olar? Bunu istəməkdə məqsədimiz cinsi əlaqədə olmaq deyil. Sadəcə olaraq istəyirik ki, bir-birimizə haram olan şeylər aradan qalxsın. Belə etmək nə dərəcədə düzgün olar?

Cavab: Aralarında evlənmək qadağası olmayan bir kişi və qadın ortada nikah olmadıqca təkbaşına qala bilməzlər. Əl-ələ tuta bilməzlər.

Ona görə də təkcə əl-ələ tutmaq və qucaqlaşmaq üçün kəsilən ayrı bir nikah yoxdur. Tək bir nikah var: O qüvvəyə mindiyi vaxtdan etibarən ailə həyatı başlayır. Belə olan halda cinsi əlaqədə olmaq məsələsini rəsmi nikahdan sonraya saxlamağın bir məntiqi də yoxdur.

Nikah müqaviləsi təkcə qızla oğlanın razılığı ilə bağlanmır. Bunun üçün müəyyən şərtlər var. O şərtlər yerinə yetirilməlidir. Əks təqdirdə, kəsilən kəbin etibarsız olur.

Dinə əsasən nikah üçün hər şeydən əvvəl qızın valideyninin və ya hüquqi olaraq valideyni əvəz edən şəxsin razılığı olmalıdır. Sonra da kişinin xanımına verməli olduğu mehir müəyyən edilməlidir. Axırda da bu nikah elan olunmalıdır. Yəni, başqalarının (qohum-əqrəba, qonum-qonşu, dost-tanış) bundan xəbəri olmalıdır. Onsuz da nikah qız (qadın) ilə oğlanın (kişi) artıq ər-arvad olduqlarını camaata bildirmək deməkdir. Bu da öz növbəsində toy və ya kiçik olsa da, bir qonaqlıqla olur.

Deməli, ailədən xəbərsiz və gizlincə kəsdirilən kəbin etibarsızdır!

Günaha batmamaq üçün kəbin kəsdirmək olmaz. Ona görə də siz bu işdə ciddisinizsə, bunu rəsmiləşdirməlisiniz. İslam dini flirti qadağan edir:

http://www.muselmanlar.com/fitvalar/1969.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.