Müsəlmanlar

Biz bir-birimizi sevirik. İndi nə etməliyik?

Sual: Mənim bir sevdiyim var. İstəyirik ki, universitetə daxil olduqdan sonra bu məsələni ailələrimizə xəbər verək. Universitet qurtardıqdan sonra da evlənək. Planımız belədir. Ancaq indi əl-ələ tutub qol-qola giririk. Gedib kəbin kəsdirsək olar? Dinə əsasən nə cür hərəkət etməliyik?

Cavab: Sualınızdan məlum olur ki, bir-birinizi lazımınca tanıyırsınız. Evlənmək niyyətinizin olmağı da bunu göstərir. Evlənməzdən qabaq görüşmək də ancaq və ancaq bu məqsədlə və bu qədər ola bilər.

Görməli olduğunuz iş tez bir vaxtda bu barədə ailələrinizə məlumat verməkdir. Onlara bir-birinizi sevdiyinizi, evlənmək istədiyinizi və aranızda nikah olmadıqca münsibətlərinizin günah olduğunu deyin. Beləcə, onların da razılığını alıb təhsil həyatınızı ər-arvad kimi davam etdirə bilərsiniz.

Əgər onlar heç cür icazə verməsələr, yerdə 2 yol qalır:

1) Ya müvafiq dövlət orqanına gedib rəsmi qaydada evlənmək;

2) Ya da ailələriniz evlənməyinizə icazə verənə qədər səbr etmək və o şəxslə görüşməmək.

Bu məsələdə bundan başqa görüləsi bir iş yoxdur. Hər növ gizli kəbinin etibarsız (haram, batil) olduğunu da unutmayın.

http://www.muselmanlar.com/fitvalar/1969.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.