Müsəlmanlar

Gözdən çıxan yaş dəstəmazı batil edir?

Sual: Mənim gözlərim balacalığımdan üzü bəri əsnədiyim vaxt yaşarır. Bu hal həmişə baş verir: yatanda, namaz qılanda, Quran oxuyanda. Görmə qabiliyyətim də zəifdir. Deyirlər ki, gözdən çıxan yaş dəstəmazı o vaxt sındırır ki, gözdə gərək bir xəstəlik olsun. Bu halda göz yaşı dəstəmazı batil edir?

Cavab: Dəstəmazı pozan amillər aşağıdakı ayədə izah olunub:

“Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün.” (Maidə, 5/6)

Yuxarıdakı ayədə deyilir ki, dəstəmaz ayaqyolunda baş verən şeylərlə pozulur. Bunlar da məlumdur ki, böyük təbii ehtiyac, kiçik ehtiyac və yel çıxartmaqdır.

Baldırlarından biri yerdən kəsilən və bu halda yatan insanın dəstəmazının pozulma ehtimalı yüksəkdir. Ona görə də bu cür yatmaq dəstəmazın pozulmağına səbəb olur. Muhəmməd peyğəmbər (s. a. v.) bununla əlaqədar olaraq belə demişdir:

إِنَّمَا الْوُضُوءُ عَلَى مَنْ نَامَ مُضْطَجِعًا

“Təkcə böyrü üstə yatıb yuxuya gedənin (oyandıqdan sonra namaz üçün) dəstəmaz almağı lazımdır.” ((Əbu Davud, Təharət, 80.))

Gözlərin yaşarmağı və yaxud gözdən yaş çıxmağı isə səbəbi nə olursa olsun, dəstəmazı pozmur. Ona görə də istər namazdan əvvəl, istərsə də namaz üstündə gösləriniz yaşardığı vaxt dəstəmazınız pozulmur. Odur ki, belə bir hal baş verdikdə namaz qılmağa davam etmək olar. Heç bir problem yoxdur.

Dəstəmazı pozan şeylər haqqında məlumat almaq üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2025.html

http://www.muselmanlar.com/fitvalar/3187.html

http://www.muselmanlar.com/fitvalar/destemaz

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.