Müsəlmanlar

Uşaq vaxtı həccə gedən böyüdüyü vaxt da getməlidir?

Sual: Uşaq vaxtı, başqa cür desək, həddi-büluğ dövrünə çatmadan həccə gedən bir nəfər böyüdüyü vaxt da həccə getməlidir? Əgər böyük vaxtı getməyə imkanı olsa və buna baxmayaraq getməsə, bir günahı olar?

Cavab: İnsan uşaq vaxtı həcc ziyarətində olubsa, bu o deməkdir ki, oraya öz istəyi ilə deyil, valideynləri və ya başqaları ilə birlikdə gedib. Əlavə olaraq, İslam dininə əsasən həddi-büluğ dövrünə çatmamış uşaq dini məsələlərdə cavabdeh hesab olunmur.

Əgər böyüdüyü vaxt həcc ibadətini yerinə yetirmək üçün imkanı olsa, oraya getməlidir. İmkanı olduğu halda getməmək təbii ki, günahdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.